Bütün xəbərlər
Vəsiqəsi olmayan sərxoş sürücü ölümlə nəticələnən qəza törədib
Tarix: 31-12-2023 10:47 | Bölmə: Cəmiyyət


Ötən gecə Moskvada başqasının hesabından istifadə edərək avtomobil icarəyə götürən "Nissan" markalı avtomobili sənədsiz sürən sərxoş sürücü ölümlə nəticələnən qəza törədib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Paytaxt prokurorluğunun məlumatına görə, hadisə Ryazanski prospektində baş verib. “Nissan” markalı avtomobili idarə edən 21 yaşlı sürücü işıqforda dayanmış “Audi” markalı avtomobilə çırpılıb.
Toqquşma nəticəsində “Audi”nin sərnişini, 1984-cü il təvəllüdlü kişi ölüb. Qadın sürücü və 2006 və 2008-ci il təvəllüdlü iki azyaşlı sərnişin xəstəxanaya yerləşdirilib.
“Nissan” sürücüsünə qarşı hüquqi tədbir görülməsi məsələsi həll edilir, yaxın vaxtlarda onun həbs edilib-edilməməsi ilə bağlı məhkəmə qərar

verəcək.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər