Bütün xəbərlər
Bida qılıncoynadanlarına qarşı cinayət işi açılıb
Tarix: 30-12-2023 19:53 | Bölmə: Cəmiyyət

Evli cütlük qılıncoynadan Sergey və Violetta Bida Rusiya Qvardiyasından qovulub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həmçinin, Rusiya Federasiyasını icazəsiz tərk etdikdən sonra onlara qarşı cinayət işi açılıb.
Bu barədə Alexander Xinshtein Telegram kanalında məlumat verib. Deputatın mesajında deyilir ki, iş 37-ci maddə – “Bölməni icazəsiz tərk etmə” ilə açılıb. O, idmançıları vətənə xəyanətdə də ittiham edib.
“Rusiyadan ABŞ-a qaçan qılıncoynadan həyat yoldaşları Sergey və Violetta Bida mənfi əsaslarla: müqavilənin şərtlərini yerinə yetirmədiyinə görə Milli Qvardiya qoşunlarından qovulublar” deyə, Xinşteyn yazıb: “Mənəvi tərəfə gəlincə, bütün bunlar bir sözlə deyilir: xəyanət!”
Xatırladaq ki, bir gün əvvəl Bida axtarışa verilmişdi. Onlar Rusiya tərəfinin razılığı olmadan yarışlarda iştirak etmək üçün ştatlara gediblər.



Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər