Bütün xəbərlər
Partlamış çörək sexinin sahibi həbs edilib
Tarix: 28-12-2023 20:37 | Bölmə: Cəmiyyət

Stavropolun Oktyabrski rayon məhkəməsi cümə axşamı dekabrın 26-da partlayış və güclü yanğın baş verən çörək zavodunun sahibinə qarşı həbs qətimkan tədbiri seçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Stavropolun Serova küçəsində çörək zavodu olan sahibkar istintaqın tələbi ilə gələn il fevralın 26-dək həbs edilib. Şübhəli şəxs təhlükəsizlik tələblərinə əməl etmədən çörək sexinin ərazisində naməlum qaz avadanlıqları quraşdırmaqda ittiham olunur.
İkimərtəbəli çörək sexinin birinci mərtəbəsində partlayış çərşənbə axşamı axşam saatlarında baş verib. Partlayışdan sonra başlayan yanğın 150 kvadratmetr ərazini əhatə edib. İlkin məlumata görə, hadisə yerindən 7 nəfər xəstəxanaya çatdırılıb, onlardan 3-ü ağır yaralanıb. Cinayət işi üzrə istintaq davam edir.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər