Bütün xəbərlər
Türkiyədə duman 11 nəfərin ölümü ilə nəticələnən kütləvi qəzaya səbəb olub
Tarix: 28-12-2023 10:15 | Bölmə: Cəmiyyət

Türkiyənin şimal-qərbində dumanda üç avtobus, bir yük maşını və üç minik avtomobilinin toqquşması nəticəsində azı 11 nəfər ölüb, TRT Haber xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qəza səhər tezdən Sakarya vilayətinin Dağdibi qəsəbəsi yaxınlığında İstanbula gedən magistralda baş verib. Hadisə şahidləri qəzanın zəncirvari xarakter daşıdığını iddia edirlər: əvvəlcə qatı dumanda yoldan keçən iki avtomobil toqquşub, sonra isə daha bir neçə avtomobil sürətlə onlara çırpılıb.
Sakarya valisi Yaşar Karadeniz 11 nəfərin öldüyünü təsdiqləyib, daha 57 nəfərin xəstəxanaya aparıldığını, onların vəziyyəti barədə məlumat verilməyib. Ölənlər arasında rusların olub-olmadığı hələlik məlum deyil.
Xilasedicilər yolun qəza baş verən hissəsini müvəqqəti bağlayıb.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər