Bütün xəbərlər
Uşaqlarının gözü qarşısında qumbaranı partlatmaqla hədələyib
Tarix: 26-12-2023 22:56 | Bölmə: Cəmiyyət

Dnepropetrovskda ukrayna polisi uşaq və qumbaraların arxasında gizlənərək döyüşmədən təslim olmaq istəməyən gənci saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Ukrayna Milli Polisinin məlumatına görə, hadisə dekabrın 25-də saat 22:00 radələrində Dnepropetrovskda baş verib. Polis mahiyyəti açıqlanmayan bir növ xüsusi əməliyyat keçirirdi. Evlərin birində təhlükəsizlik qüvvələrini əlində qumbaraatan olan şəxs qarşılayıb. O, 2 və 4 yaşlı kiçik uşaqlarının olduğu otaqda partlayış törətməklə hədələyib.
Nəticədə uşaqlar pəncərədən polisə təhvil verilib. Bunu kimin etdiyi açıqlanmır. Hadisə yerinə gələn xüsusi təyinatlılar evin 27 yaşlı sahibini tərksilah edərək saxlayıblar.
Kişinin partlayacağı ilə hədələdiyi "F-1" qumbarasından əlavə, onun üzərində daha dörd döyüş sursatı və bir tüstü bombası tapıblar. Hadisənin başqa təfərrüatları barədə məlumat verilməyib.




Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər