Bütün xəbərlər
Qaz balonlarının partlaması və yanğın baş verib
Tarix: 26-12-2023 21:01 | Bölmə: Cəmiyyət

Stavropolda ikimərtəbəli binalardan birində baş verən partlayış nəticəsində azı 7 nəfər xəsarət alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, çərşənbə axşamı axşam Stavropolda Serov küçəsində çörək sexində iki mərtəbəli binanın birinci mərtəbəsində qaz balonları partlayıb. Partlayış dalğası pəncərələri uçurub və dam örtüyünə ziyan vurub. Partlayışdan sonra 150 kvadratmetr ərazini əhatə edən yanğın başlayıb.
İlkin məlumata görə, 7 nəfər xəstəxanaya çatdırılıb. Zərərçəkmişlərdən 3-nün vəziyyəti ağır, 4-nün vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə yerində təcili xidmətlər işləyir. Hazırda yanğının söndürüldüyü, qəzalı binaya baxış keçirildiyi məlum olub. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər