22:15 / 09-11-2025
Tanışını bıçaqlayıb
Bütün xəbərlər
Saratov yaxınlığında itkin düşən qadın zirzəmidə ölü tapılıb
Tarix: 26-12-2023 09:19 | Bölmə: Cəmiyyət

Saratov müstəntiqləri yaşayış binasının zirzəmisində qadın meyitinin tapılması ilə bağlı istintaqa hazırlıq aparır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Saratov vilayətinin Starıy Xoper kəndində hüquq-mühafizə orqanlarının əməkdaşları iki gün ərzində itkin düşən qadını axtarırlar. Onun yanına gələn sosial işçi dekabrın 23-də polisə 63 yaşlı təqaüdçünün itkin düşməsi barədə məlumat verib.
Yerli sakinlərin də iştirak etdiyi axtarış təşkil edilib. Bədbəxt qadın dekabrın 25-də Lesnaya küçəsindəki yaşayış binasının zirzəmisində ölü tapılıb. Xarici müayinə zamanı meyitdə zorakılıq nəticəsində ölüm əlamətləri aşkar edilməyib. İstintaq öncəsi aparılan yoxlamalar çərçivəsində hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.




Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər