22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Sankt-Peterburq avtobusunun sərnişini boynundan bıçaqlanıb
Tarix: 25-12-2023 15:20 | Bölmə: Cəmiyyət

Ötən gecə Sankt-Peterburqda ictimai nəqliyyatda bıçaqlanma ilə nəticələnən münaqişə baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Metronun “Kupçino” stansiyasının dayanacağında 74 saylı marşrut xətti üzrə avtobusa iki nəfər daxil olub. Sərnişin onların arasında mübahisənin baş verdiyinin şahidi olub.
Qadının gözü qarşısında qarşıdurma iştirakçılarından biri rəqibinin boynuna bıçaq zərbəsi vurub, bundan sonra hər ikisi Budapeşt küçəsi yaxınlığında avtobusu tərk edib.
Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, zərərçəkmiş tezliklə Slavy prospektində yatmış vəziyyətdə tapılıb, oradan 47 yaşlı vətəndaş təcili yardım briqadası tərəfindən aparılıb.
Faktla bağlı cinayət işi açılıb, polis istintaqa cəlb olunan şəxsi axtarır.


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər