22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Moskvanın mərkəzində qadını qətlə yetirən şəxs daha bir zərərçəkmişlə məşğul olub
Tarix: 24-12-2023 19:26 | Bölmə: Cəmiyyət

Hüquq-mühafizə orqanları Moskvada törədilmiş daha bir qətlin üstünü açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar günü, dekabrın 24-də İstintaq Komitəsinin paytaxt Baş İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, qadının həyatına son qoyan şübhəli şəxs bu yaxınlarda analoji cinayət törədib.
Xatırladaq ki, dekabrın 23-nə keçən gecə Presnenski rayonundakı Mukomolnı Proezddəki mənzildə 37 yaşlı vətəndaş 25 yaşlı qadını bıçaqlayaraq qətlə yetirib.
Hücum edən şəxs daha sonra özünə bıçaq xəsarətləri yetirdiyi üçün saxlanılaraq xəstəxanaya aparılıb.
İstintaq zamanı məlum olub ki, bundan əvvəl kişi Moskvanın şərqindəki oteldə daha bir qadını öldürüb.
Hazırda ikinci meyitin tapıldığı yerdə müstəntiqlər və kriminalistlər işləyir, baş verənlərin təfərrüatları dəqiqləşdirilir.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər