22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Rusiya Qvardiyasının əməkdaşı qətldə şübhəli bilinərək saxlanılıb
Tarix: 24-12-2023 17:29 | Bölmə: Cəmiyyət

Rusiya Qvardiyasının özəl mühafizə xidmətinin əməkdaşı Dağıstanda saxlanılıb və o, 17 il əvvəl törədilən ikiqat qətldə ittiham olunur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Aleksandr Xinşteynin teleqram kanalında verdiyi məlumata görə, mayor xidmət etdiyi yerdə Miatlinskaya su elektrik stansiyasının mühafizəsi zamanı həmkarları tərəfindən saxlanılıb.
İstintaqın məlumatına görə, 54 yaşlı saxlanılan şəxs 17 il əvvəl Qızılyurt Daxili İşlər Nazirliyinin OVO xidmətinin inspektoru işləyib və bir sıra cinayətlərdə əli ola bilər. O cümlədən, həmin şəxs 2006-cı ilin yayında Qafqaz federal magistralında ata və oğlunu güllələməkdə, həmçinin növbəti dəfə adam öldürməyə cəhddə ittiham olunur.
Faktla bağlı iki və ya daha çox şəxsi öldürmə və qanunsuz silah saxlama maddələri ilə cinayət işi açılıb.


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər