22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Xəstəxanaya gələnlər xəstənin qardaşına atəş açıblar
Tarix: 24-12-2023 10:24 | Bölmə: Cəmiyyət

İnquşetiyada xəstəxanaya gələnlər xəstə qardaşına baxan kişini tibb müəssisəsindən zorla aparmağa cəhd ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Malqobek xəstəxanasında baş verib. İki naməlum şəxs tibb müəssisəsinə daxil olaraq müalicə alan qardaşına baxan şəxsə hücum edərək onu özləri ilə aparmağa cəhd ediblər.
Respublikanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, kişi müqavimət göstərəndə təcavüzkarlar ona bir neçə dəfə atəş açıblar. Zərərçəkmiş güllə yarası ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti barədə hələlik məlumat yoxdur.
Cinayətkarlar axtarışa verilib.


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər