22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Boks üzrə Avropa çempionu Albert Rodionov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
Tarix: 23-12-2023 20:57 | Bölmə: Cəmiyyət

Krasnodar diyarında yol qəzası baş verib, nəticədə boksçu Albert Rodionov qəzaya uğrayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, idmançı gənclər arasında Rusiya və Avropa çempionu olub.
Kuban hüquq-mühafizə orqanlarının məlumatına görə, idmançı avtomobilin idarəetməsini itirib və tam sürətlə metal dayanacağa çırpılıb.
TASS xəbər verir ki, Rodionov "Lada" markalı avtomobili idarə edib və anasının dəfn mərasimindən sonra evə gedirdi. Görünür, gəncin psixoloji durumu itkinin nəticələrindən təsirlənib.
Boksçunun heç 30 yaşı da yox idi, onun arxasında həyat yoldaşı və 7 yaşlı qızı qalıb. İdman karyerası ərzində o, üç dəfə ölkə çempionatının qalibi olub və gənclər arasında qitə birinciliyində ən yaxşı nəticə göstərib.


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər