22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Çarlz Universitetində 15-dən çox insan tələbənin qurbanı olub
Tarix: 21-12-2023 22:19 | Bölmə: Cəmiyyət

Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində baş verən atışma nəticəsində ölənlərin sayı artıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, tələbə silahlı hücumda şübhəli bilinir.
“İnterfaks” agentliyinin məlumatına görə, Praqanın mərkəzində yerləşən universitetdə baş verən atışma nəticəsində ölənlərin sayı 15 nəfəri keçib. Daha əvvəl 10 nəfərin öldüyü bildirilirdi. Daha 24 qurban isə yaralanıb.
Praqa polisinin məlumatına görə, təhsil müəssisəsinin 24 yaşlı tələbəsi uzun tüfənglə atəş açıb. İntihar edən cinayətkarın motivləri hələ də aydınlaşdırılmayıb. Ehtimal ki, o, tək hərəkət edib.
Polis hadisəni terror aktı hesab etməyə meyilli deyil. Təsdiqlənməmiş məlumata görə, gənc dünyanın müxtəlif ölkələrində insanların kütləvi şəkildə qətlə yetirilməsi ilə məşğul olan cinayətkarlar kimi olmaq istəyib.
Bir çox Avropa liderləri, o cümlədən Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Hollandiyanın baş naziri Mark Rutte, Macarıstanın baş naziri Viktor Orban və İtaliyanın baş naziri Giorgia Meloni də daxil olmaqla, ölümlərlə əlaqədar Çexiyaya başsağlığı və həmrəylik ifadə edib.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər