Bütün xəbərlər
Kostroma yaxınlığındakı vaqon deposunda fəhlə ölüb
Tarix: 20-12-2023 21:03 | Bölmə: Cəmiyyət

Nəqliyyat prokurorluğunun əməkdaşları Kostroma vilayətindəki vaqon deposunda baş vermiş faciəvi hadisənin səbəblərini müəyyənləşdirirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Şimal-Qərb Nəqliyyat Prokurorluğundan verilən məlumata görə, dekabrın 20-də Bui vaqon deposunda qurumun ştatlı işçisi olmayan şəxs müqavilə əsasında iş yerinə yetirirmiş. Bildirilir ki, iş zamanı həmin şəxs bədbəxt hadisə nəticəsində ölümcül xəsarətlər alıb.
Kostroma Nəqliyyat Prokurorluğu əməyin mühafizəsi qaydalarına riayət olunmasını yoxlayır. Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər