Bütün xəbərlər
Yaşlı anasını qızdırıcı ilə öldürüb
Tarix: 18-12-2023 21:09 | Bölmə: Cəmiyyət

Krasnodarda anasını dəfələrlə hədələyən və sonda müdafiəsiz qadını öldürən 54 yaşlı yerli sakinə qarşı cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Krasnodar vilayəti prokurorluğunun məlumatına görə, dekabrın 13-dən 14-nə keçən gecə mənzildə 75 yaşlı anası ilə yaşayan şübhəli şəxs evə sərxoş halda gəlib. Həmin şəxs əvvəllər də spirtli içkilərdən sui-istifadə edib, heç bir yerdə işləməyib və bu zəmində valideyni ilə münaqişələri olub.
Qadın bu dəfə də oğluna qarşı iddialar irəli sürüb. Kişi yumruqları ilə anaya hücum edərək, onun başına və bədəninə vurmağa başlayıb. Bədbəxt qadın yıxılanda oğlu qurbanın başına elektrik qızdırıcısı ilə vurub və qadın ölənə qədər onu təpikləməyə davam edib.
Şübhəli şəxs həbs edilib, barəsində “Qətl” maddəsi ilə cinayət işi açılıb.
Məlum olub ki, mərhum təxminən bir il əvvəl polisə ərizə ilə müraciət edərək, artıq onu öldürməklə hədələyən oğlundan şikayət edib. Cinayət işi açılsa da, bir az sonra qadın oğlunu bağışlayıb və tərəflərin barışması ilə iş bağlanıb.
İndi Krasnodarın Qərb dairəsinin prokurorluğu baş verənlərin və bu faciədən əvvəlki hadisələrin bütün hallarının müəyyən edilməsini nəzarətə götürüb.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər