21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
Bütün xəbərlər
Kaluqa vilayətində uşaq damdan düşən qar yığınının altında ölüb
Tarix: 17-12-2023 20:27 | Bölmə: Cəmiyyət

Bazar günü Kaluqa vilayətinin Kondrovo şəhərində azyaşlının iştirakı ilə faciəli hadisə baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rayonun qubernatoru Vladislav Şapşanın sözlərinə görə, ailəsi ilə birlikdə yaşadığı fərdi birmərtəbəli evin yaxınlığında gəzən uşağın üzərinə qar yağıb.
Hadisə yerinə çağırılan təcili yardım həkimləri 14 dəqiqə sonra gəlsələr də, zərərçəkənə kömək edə bilməyiblər.
"Uşaq həyatla bir araya sığmayan xəsarətlər alıb. Ailəsinə dərin hüznlə başsağlığı verirəm", - Kaluqa vilayətinin başçısı açıqlamasında bildirib.
Rayon prokurorluğu mərhumun yeddi yaşında olmasına aydınlıq gətirib.



Baxış sayı: 296


Bölməyə aid digər xəbərlər
14-10-2026, 21:43 Fotoqraf həbs edilib