Bütün xəbərlər
İki metrlik hasar miqrantın Finlandiyaya getməsinə mane olmayıb
Tarix: 17-12-2023 13:02 | Bölmə: Cəmiyyət

Rusiya ilə sərhəddə keçid məntəqəsinin bağlanması Finlandiyaya miqrant axınını tamamilə dayandırmağa kömək etməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Finlandiya sərhəd xidmətinin rəhbəri Kimmo Qromoffun şənbə günü verdiyi məlumata görə, kişi iki metr hündürlüyündə hasardan respublika ərazisinə keçə bilib.
"Hasar indi o yerə qədər təkmilləşdirilib ki, o, bir daha onun üzərinə çıxa bilməyəcək"- Qromoff deyib.
Sərhəd xidməti rəisinin sözlərinə görə, bu, sərhədi yarmaq üçün ilk uğurlu cəhddir. Əvvəllər Finlandiyadan sığınacaq almaq istəyən heç kim bu üsuldan istifadə etməyə cəhd etmirdi.
Fövqəladə hadisə şənbə günü saat 16:00 radələrində Vaalimaa sərhəd-keçid məntəqəsində baş verib.
Bu arada dekabrın 18-i Beynəlxalq Miqrantlar Günüdür. Bu gün bütün dünyada insanlar qaçqınların hüquqları və onların müdafiəsini təmin etmək üçün tədbirlər haqqında maarifləndiriləcək.
TASS yazır ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2021-ci ildə dünyada 281 milyon miqrant (dünya əhalisinin 3,6 faizi) olub.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər