Bazar ertəsi, 12 may 2025, 01:00:13  
Son xəbərlər:
Bütün xəbərlər
Moskvada polislə münaqişədən sonra 80-dən çox adam saxlanılıb
Tarix: 16-12-2023 15:39 | Bölmə: Cəmiyyət

Şənbə günü Rusiya Daxili İşlər Nazirliyi Moskvanın cənub-şərqindəki Kapotnyada bir gün əvvəl baş verən insidentin səbəblərini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, Verxniye Polya küçəsi ərazisində yerli polis əməkdaşı avtomobilin sürücüsünün sənədlərini yoxlamaq istəsə də, sonuncu asayiş keşikçisinə tabe olmayıb.
Sürücü qaçmağa çalışaraq polisi avtomobilin arxasında bir neçə metr sürüyüb, sonra maşından düşüb və polis əməkdaşına bir sıra zərbələr endirib.
"Saxlanılan şəxs saxlanılan zaman onun epilepsiya tutması olduğu bildirilir. Saxlanılan şəxsə köməklik göstərərkən bir qrup aqressiv vətəndaş (80 nəfərdən çox) polis əməkdaşlarına yaxınlaşıb", - idarədən bildirilib.
Hadisə yerinə gələn insanlar asayiş keşikçilərini geri itələyərək xidməti maşının təkərini kəsməyə cəhd ediblər.
Əlavə polis bölmələrinin gəlişindən və xəbərdarlıq atəşindən sonra vəziyyət sabitləşib - xidməti silahlardan yuxarıya doğru bir neçə atəş açılıb.
Nəticədə 82 nəfər saxlanılıb, barələrində xırda xuliqanlıq və miqrasiya qanunvericiliyini pozduqlarına görə inzibati xəta haqqında protokollar tərtib edilib. İndi onların təsvir olunan hadisələr zamanı qanunsuz hərəkətlərdə iştirakları yoxlanılır.
Bundan əlavə, əvvəllər də xəbər verildiyi kimi, İstintaq Komitəsi Tacikistan Respublikası vətəndaşına qarşı dövlət məmuruna qarşı zorakılıq tətbiq etmə və dövlət məmurunu təhqir etmə maddələri ilə cinayət işi açıb.
İstintaq Komitəsinin əməkdaşları “Sadovod” bazarında baş verən fövqəladə vəziyyətlə bağlı araşdırmaları davam etdirir
.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər