Bütün xəbərlər
Bir cütlük və onların üç kiçik qızı dəm qazından zəhərlənib
Tarix: 14-12-2023 23:40 | Bölmə: Cəmiyyət

İstintaq orqanlarının və Həştərxan vilayətinin prokurorluğunun əməkdaşları Kapustin Yar kəndində baş vermiş faciəvi hadisənin səbəblərini müəyyənləşdirirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Vilayət prokurorluğundan verilən məlumata görə, dekabrın 14-də Axtubinski rayonunun Kapustin Yar kəndində fərdi evlərdən birində 5 nəfərdən ibarət ailə dəm qazından zəhərlənib. Valideynlər və 7-12 yaşlarında olan üç qız xəstəxanaya aparılıb.
Həkimlər 12 yaşlı qurbanı xilas edə bilməyiblər. Yeddi yaşlı qızın vəziyyəti ağır olaraq reanimasiyadadır.
Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsinin məlumatına görə, ölənlər yanma məhsullarından zəhərləniblər. Sobanın işləməməsi səbəbindən evə dəm qazı sızmağa başlayıb. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır. Prokurorluq və istintaq orqanları yoxlamalar aparır.




Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər