Bütün xəbərlər
Kafenin direktoru müştərini döydüyü üçün saxlanılıb
Tarix: 14-12-2023 10:56 | Bölmə: Cəmiyyət

Nijni Novqorod polisi qadını nokauta salan yerli müəssisə rəhbərinə qarşı cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nijni Novqorodun mərkəzində, Piskunova küçəsində yerləşən kafeyə gələn ziyarətçinin döyülməsi ilə bağlı insident baş verib. İlkin məlumata görə, 27 yaşlı qadın müəssisənin 43 yaşlı baş direktoru tərəfindən bir zərbə ilə yerə yıxılıb.
Kişinin hansı səbəbdən bu qədər aqressiv davrandığı açıqlanmır. Zərərçəkmiş orta dərəcəli bədən xəsarətləri alıb. Şübhəli şəxs saxlanılıb və barəsində qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi başlanıb.
Bundan əvvəl internetdə bir qadının əcnəbinin əlindən əziyyət çəkdiyi barədə məlumatlar yayılıb. Polis aydınlaşdırıb ki, xuliqan Rusiya vətəndaşıdır. O, əvvəllər heç vaxt cinayət məsuliyyətinə cəlb olunmayıb. Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər