12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Sankt-Peterburqda yüksək rütbəli polis minlərlə miqrantı leqallaşdırıb
Tarix: 13-12-2023 12:17 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqda on minlərlə miqrantın qanunsuz leqallaşdırılması ilə bağlı cinayət işi açılıb, bununla bağlı Daxili İşlər Nazirliyinin regional baş idarəsinin miqrasiya şöbəsinin keçmiş rəisi iştirak edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional Baş İstintaq İdarəsi məlumat yayıb.
İdarənin məlumatına görə, şübhəli şəxs 2020-ci ilin yanvarından 2023-cü ilin yanvarına kimi Sankt-Peterburq və Leninqrad vilayətində əcnəbilərin qondarma qeydiyyata alınmasında cinayətkar qruplaşma üzvlərinə köməklik edib. Onun iştirakı ilə 16 251 miqrant qanunsuz olaraq leqallaşdırılıb, onlardan 3 mindən çoxu əvvəllər inzibati, 76 nəfəri cinayət, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edilib.
Keçmiş rəis dekabrın 13-də Moskva vilayətində saxlanılıb. Yaxın vaxtlarda o, səlahiyyətlərindən sui-istifadə maddəsi ilə barəsində qaldırılmış cinayət işi çərçivəsində istintaq hərəkətlərinin aparılması üçün Sankt-Peterburqa aparılacaq.
Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi və ittiham elan edilməsi məsələsi həll edilir.
Şübhəli və onun keçmiş tabeçiliyində olan şəxslərin evlərində axtarış aparılır.
Miqrantları leqallaşdırmaq üçün cinayət sxemi 2022-ci ilin oktyabrında üzə çıxıb. Qeyri-qanuni miqrasiyanın təşkilində şübhəli bilinərək, Kolpin bələdiyyə şurasının deputatı Viktor Danişevski və onun 6 ortağı olduğu ehtimal edilən şəxs nəzarətə götürülüb. İstintaqın məlumatına görə, cinayətkar qrup azı dörd il ərzində əcnəbilərin qeyri-yaşayış sahələrində olduqları yer üzrə kütləvi qeydiyyata alınması ilə məşğul olub. Bu ünvanlarda təqsirləndirilən şəxslərin nəzarətində olan və guya şəxslərə müvəqqəti yerləşdirmə xidməti göstərən təşkilatlar var idi. Ən azı 100 min əcnəbi bu sxem üzrə saxta qeydiyyat sənədləri alıb.


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər