Bütün xəbərlər
Buenos-Ayresin mərkəzində çoxmərtəbəli bina yanıb
Tarix: 12-12-2023 21:23 | Bölmə: Cəmiyyət

Argentina paytaxtında dekabrın 12-də günorta saatlarında Əmək Nazirliyinin yanında yerləşən çoxmərtəbəli binada güclü yanğın baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Buenosairesherald.com" xəbər verir ki, çərşənbə axşamı saat 12:30 radələrində (Moskva vaxtı ilə təxminən 18:30) Buenos-Ayresin mərkəzində 13 mərtəbəli binada güclü yanğın baş verib. İlkin olaraq yerli mənbələr qəzanın Əmək Nazirliyinin binasında baş verdiyi barədə məlumat versə də, sonradan məlum olub ki, qonşu bina yanıb.
Yanğın altıncı və yeddinci mərtəbələri bürüyüb, qalın qara tüstü ətraf ərazilərə yayılıb. Aşağı mərtəbələrdən insanlar təxliyə edilib. Hadisə yerinə yanğınsöndürənlər və 15-ə yaxın təcili tibbi yardım maşını gəlib və hazırda binanın yuxarı hissəsində sıxılmış vəziyyətdə qalan insanların xilas edilməsi üçün əməliyyat aparılır. Yaxınlıqdakı xəstəxanalar yüksək hazırlıq vəziyyətindədir.
İlkin məlumatlara görə, təxliyə edilən on nəfərə oksigen terapiyası verilib, beş nəfər, o cümlədən azyaşlı uşaq xəstəxanaya yerləşdirilib. Xilasedicilər təhlükəsizlik məqsədilə Əmək Nazirliyinin binasında olan insanları çölə çıxarıblar. Hadisənin səbəbləri və şəraiti aydınlaşdırılır.


Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər