12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Altayda qatarın toqquşması nəticəsində iki nəfər ölüb
Tarix: 11-12-2023 12:53 | Bölmə: Cəmiyyət

Maşinistin tələsikliyi Altay diyarında avtomobillə qatarın toqquşmasına səbəb olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qərbi Sibir Dəmir Yolunun saytında yer alan xəbərə görə, qəza nəticəsində iki nəfər həlak olub, daha iki nəfər yaralanıb.
Qəza dekabrın 11-də gecə yarısı Osolodino-Srednesibirskaya hissəsinin 518-ci kilometrliyində baş verib. "Honda Fit" yaxınlaşan lokomotivin qarşısında nizamlanmayan keçidə çıxıb və maşinist sadəcə onu saxlamağa vaxt tapmayıb.
Toqquşmadan sonra qatar vaqonu təxminən 20 metr sürükləyib. Həkimlər gələnə qədər iki nəfər ölüb, daha iki nəfər isə xəstəxanaya aparılıb.


Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər