Bütün xəbərlər
Moskva vilayətində məmurlar rüşvət müqabilində miqrantlara kvota paylayıblar
Tarix: 11-12-2023 12:44 | Bölmə: Cəmiyyət

Moskva vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları rüşvət almaqda, həmçinin rüşvətxorluqda vasitəçilik etməkdə şübhəli bilinən 11 nəfəri saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsindən verilən məlumata görə, müttəhimlər arasında regional nazirliklərin bir neçə əməkdaşı da var.
İstintaqın məlumatına görə, şübhəlilər 2019-cu ildən 2023-cü ilə qədər müəyyən edilmiş yoxlama tədbirləri həyata keçirmədən miqrantları işə cəlb etmək üçün kvotaların verilməsinə görə Moskva vilayətində sahibkarlardan vasitəçilər vasitəsilə rüşvət alıblar.
Orta hesabla bir sahibkar üçün bir əcnəbinin qeydiyyatı 12 min rubla başa gəlir, eyni vaxtda isə 100-dən 350-yə qədər kvota verilirdi.
Mütəşəkkil dəstənin tərkibində rüşvət alma və rüşvət vermədə vasitəçilik faktları ilə bağlı cinayət işi açılıb. Sosial İnkişaf Nazirliyində şöbənin iki məsləhətçisi və Moskva vilayətinin İnvestisiya və Sənaye Nazirliyinin şöbəsindən bir məsləhətçi olmaqla, ümumilikdə 11 nəfər saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin yaşayış və iş yerlərində 40-dan çox axtarış aparıb, 30-a yaxın şəxs dindirilib, üzləşdirmə aparılıb. Axtarışlar zamanı külli miqdarda pul götürülüb.
Şübhəlilərin hamısı günahlarını etiraf edib və ittihamedici ifadələr veriblər. İstintaqın vəsatəti əsasında məhkəmə hər kəs barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.


Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər