Bütün xəbərlər
Qızının itini vəhşicəsinə öldürüb
Tarix: 10-12-2023 19:54 | Bölmə: Cəmiyyət

Polis İrkutskda iti öldürməkdə ittiham olunan şəxsi saxlayıb, onun 40 yaşlı şəhər sakini olduğu üzə çıxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kişi heyvanı yaşayış binasının 17-ci mərtəbəsindəki eyvandan atıb, daha sonra aşağı enərək itin cəsədini zibil qutusuna qoyub.
Hadisədən narahat olan şahidlər hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Daxili İşlər Nazirliyinin rayon Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları daxil olan məlumatın yoxlanılması zamanı hadisəni törədən şəxsin şəxsiyyətini müəyyən ediblər.
Həbsdən sonra kişi izah edib ki, ölən it onun qızına məxsusdur...
İndi saxlanılan şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin heyvanlara qarşı amansızlıq maddəsinin ikinci hissəsi ilə cinayət işi açılıb ki, bu da üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər