Bütün xəbərlər
Polis Moskvanın şimal-qərbində bıçaqlanma hadisəsinin iştirakçısını axtarır
Tarix: 10-12-2023 19:43 | Bölmə: Cəmiyyət

Moskvanın Sxodnenskaya küçəsində yerləşən ticarət mərkəzində bir neçə kişinin iştirakı ilə münaqişə baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlardan ikisi bıçaqlanıb.
Rusiya Daxili İşlər Nazirliyinin dəqiqləşdirdiyi kimi, münaqişə, ehtimal ki, məişət zəminində, günorta saat üç radələrində baş verib. Davada 4 nəfər iştirak edib. İki yaralı həkimlərə təhvil verilib.
Rəqiblərinə bıçaqla hücum edən şəxs qaçıb və axtarışa verilib. Davanın dördüncü iştirakçısı saxlanılıb və hazırda polisə ifadə verir.
Daxili İşlər Nazirliyi hadisənin təfərrüatlarını açıqlamasa da, paytaxtın şimal-qərbində yerləşən ticarət mərkəzlərindən birində baş verən insidentlə bağlı daha əvvəl mətbuatda məlumat dərc olunub - təhlükəsizlik işçiləri bərbərxana işçiləri ilə mübahisə edib.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər