Bütün xəbərlər
Müqəddəs Georgi lentini təhqir edən ABŞ vətəndaşı istintaq təcridxanasına göndərilib
Tarix: 09-12-2023 20:41 | Bölmə: Cəmiyyət

Sankt-Peterburq məhkəməsi "Müqəddəs Georgi" lentini təhqir etməkdə ittiham olunan Rusiya və ABŞ vətəndaşı Yuri Malevi həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburq Məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinin məlumatına görə, ötən ilin yayında Yuri Malev “Odnoklassniki” saytında nalayiq ifadələrdən ibarət təhqiramiz yazı ilə "Müqəddəs Georgi" lentinin şəklini yerləşdirib.
Növbəti il Qələbə günü ərəfəsində sosial şəbəkədə həmin səhifədə "Müqəddəs Georgi" lentinin ünvanına başqa bir təhqiramiz yazı ilə ölmüş şəxsin şəklini yerləşdirdi.
2023-cü ilin dekabrında Malev saxlanılıb və ona nasizmin reabilitasiyası ittihamı irəli sürülüb. Məhkəmələrin mətbuat xidməti qeyd edir ki, təqsirləndirilən şəxs təqsirini qismən etiraf edib.


Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər