Bütün xəbərlər
Sankt-Peterburq idman kompleksində keçirilən yarışa gələn qonaqlar mühafizəçiləri kəsiblər
Tarix: 09-12-2023 20:34 | Bölmə: Cəmiyyət

Polis Sankt-Peterburqun Krasnoqvardeyski rayonunda zərərçəkənlərlə insidentin hansı şəraitdə baş verdiyini araşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şənbə günü günorta saatlarında Kommuna küçəsində yerləşən idman kompleksində münaqişə baş verib.
Hüquq-mühafizə orqanlarının daha sonra müəyyən etdiyi kimi, yarışa gələn qonaqlarla mühafizəçilər arasında qarşıdurma yaranıb.
Tədbirin qonaqları bıçaq götürərək təhlükəsizlik işçilərini kəsiblər, iki nəfər bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti bildirib ki, asayiş keşikçiləri vaxtında gəlib və iki şübhəlini qısa müddətdə saxlayıblar.
Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb və hadisənin bütün halları müəyyənləşdirilir.


Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər