Bütün xəbərlər
Polisi bıçaqla hədələyən şəxs saxlanılıb
Tarix: 09-12-2023 14:19 | Bölmə: Cəmiyyət

Moskvanın cənubunda qeyri-adekvat şəxs polisi hədələyib və cinayət işində müttəhim olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dekabrın 9-da məlum olduğu kimi, ötən cümə axşamı, Kaşirskoe şossesində yerləşən biznes mərkəzinin yaxınlığında vətəndaş bıçaqla polis əməkdaşına zorakılıq tətbiq etməklə hədələyib.
Cinayət törədilən zaman müttəhim sərxoş vəziyyətdə idi.
Həbs edildikdən sonra həmin şəxs günahını etiraf edib və peşman olub.
İstintaq Komitəsinin paytaxtdakı qərargahından verilən məlumata görə, təqsirləndirilən şəxslərin əməlləri hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə tövsif edilir.
Yaxın vaxtlarda istintaq vətəndaşın həbsə alınması üçün məhkəməyə vəsatət verəcək.


Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər