Bütün xəbərlər
Sərnişinləri olan avtobus aşıb
Tarix: 28-11-2023 10:40 | Bölmə: Cəmiyyət


Sverdlovsk vilayətində Koltsovo hava limanından Nijni Tagilə gedən sərnişin avtobusu yoldan çıxaraq aşıb, vilayət yol polisi idarəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəza yerli vaxtla saat 07:00 radələrində (Moskva vaxtı ilə 05:00) Yekaterinburq-Serov yolunun 114-cü kilometrliyində baş verib. “Golden Dragon” markalı avtobusun sürücüsü idarəetməni itirərək yoldan çıxaraq çuxura düşüb, daha sonra nəqliyyat vasitəsi aşıb.
Qəza zamanı salonda 12 nəfər olub. 61 yaşlı qadın və 49 yaşlı kişi xəsarət alaraq xəstəxanaya aparılıb.
Hazırda qəzanın baş vermə şəraiti aydınlaşdırılır.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər