21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
Bütün xəbərlər
Ana yeni doğulan qızını sakitləşdirərkən uşağa ağır xəsarət yetirib
Tarix: 28-11-2023 10:22 | Bölmə: Cəmiyyət


Rusiya İstintaq Komitəsinin rəhbəri Barnaulda körpənin ana tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı cinayət işinin istintaqına nəzarət edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Altay diyarı üzrə istintaq idarəsinin məlumatına görə, Barnaulda yeni doğulmuş qızını sakitləşdirə bilməyən gənc ana körpəyə güclü zərbələr endirməyə başlayıb. Nəticədə uşaq ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yerli mətbuatın məlumatına görə, körpəyə qapalı kəllə-beyin travması və beyin əzilməsi diaqnozu qoyulub. Qadın doğuşdan sonrakı depressiyadan əziyyət çəkmiş ola bilər.
Şübhəli şəxs barəsində azyaşlı uşağın sağlamlığına qəsdən ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb. İstintaqı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin öz üzərinə götürüb.



Baxış sayı: 309


Bölməyə aid digər xəbərlər
14-10-2026, 21:43 Fotoqraf həbs edilib