Bütün xəbərlər
Mağazada yeniyetməni bıçaqlayan şəxs həbs edilib
Tarix: 28-11-2023 09:17 | Bölmə: Cəmiyyət

Nijni Novqorod vilayətində 17 yaşlı oğlanın sağlamlığa ağır xəsarət yetirməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs nəzarətə götürülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nijni Novqorod vilayətinin istintaq idarəsinin məlumatına görə, 17 yaşlı oğlanın xəstəxanaya yerləşdirilməsinə səbəb olan insident noyabrın 25-də Vıksa şəhərindəki supermarketlərdən birində baş verib. Sərxoş şəxs gənc oğlanla mübahisə edib və münaqişə zəminində onun döş qəfəsinə bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hücum edən şəxs barəsində həyati təhlükəsi olan qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb. Şübhəli şəxsə ittiham irəli sürülüb və məhkəmə istintaqın tələbi ilə təcavüzkarın nəzarətə götürülməsinə qərar verib.

İstintaq davam edir.


Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər