Bütün xəbərlər
Həyat yoldaşının qətlini həblə zəhərlənmə kimi qələmə verib
Tarix: 27-11-2023 14:53 | Bölmə: Cəmiyyət

Moskva yaxınlığında müstəntiqlər həyat yoldaşını öldürən kişini saxlayıb və həkimləri qadının zəhərlənərək öldüyünə inandırmağa çalışıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva vilayəti üzrə İstintaq Komitəsinin məlumatına görə, cinayət bu ilin yayında Ramenski şəhər rayonunun Reçitsi kəndində baş verib. İstintaqın məlumatına görə, ər-arvad arasında mübahisə düşüb və bu zaman 45 yaşlı kişi 39 yaşlı arvadını şiddətlə döyüb. Həmin axşam o, komaya düşüb və xəstəxanada ölüb.
Şübhəni özündən yayındırmaq üçün kişi həkimləri inandırmağa çalışıb ki, həyat yoldaşı miqren səbəbiylə çoxlu içdiyi ağrıkəsicidən zəhərlənərək ölüb. Lakin ekspertiza müəyyən edib ki, zərərçəkənin ölümü cinayət xarakteri daşıyır və qapalı kəllə-beyin travması nəticəsində baş verib.
Müstəntiqlər mərhumun ərinin cinayətdə əli olduğuna dair sübutlar toplaya bilib və onu saxlayıblar. Həmin şəxs barəsində qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb və ona qarşı ittiham irəli sürülüb.
Məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsi həbsə göndərib.




Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər