Bütün xəbərlər
Moskvada Poklonnaya təpəsində vandal “Əbədi məşəli” söndürməyə cəhd edib
Tarix: 18-11-2023 12:18 | Bölmə: Cəmiyyət

Moskvada Poklonnaya təpəsindəki “Əbədi məşəli” söndürməyə cəhd edən şəxs saxlanılıb, cinayət işi açılıb, onun həbsi ilə bağlı məsələ həll olunur, paytaxt prokurorluğu məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə noyabrın 18-nə keçən gecə baş verib. 49 yaşlı hücumçunun yanında maye şüşəsi olub. O, həmçinin Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə düzülmüş əklillərə ziyan vurub.
Faktla bağlı “İkinci Dünya Müharibəsi illərində Vətənin və ya onun mənafelərinin müdafiəsi zamanı həlak olanların xatirəsini əbədiləşdirən abidələrə, stellara, obelisklərə, digər abidələrə və ya əşyalara ziyan vurma” maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq onu polisdən uzaqlaşdıraraq istintaqa cəlb olunmaq üçün İstintaq Komitəsinin ərazi şöbəsinə təhvil verib.
Təqsirləndirilən şəxs saxlanılıb. Şübhəlinin nəzarətə götürülməsi məsələsi həll edilir.


Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər