Bütün xəbərlər
İki azyaşlı uşağı güllələyib və intihar edib
Tarix: 24-09-2023 21:52 | Bölmə: Cəmiyyət

Omsk vilayətində ikisi uşaq olmaqla 3 nəfər açılan atəşin qurbanı olub. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Lyubino kəndində 36 yaşlı yerli sakin boşanma ilə bağlı mübahisədən sonra həyat yoldaşının 27 yaşlı qardaşını və iki azyaşlı oğlunu güllələyib. Bundan sonra qatil öz həyatına son qoyub.
Qətliamın qurbanları üç və beş yaşlı oğlanlar olub. 30 yaşlı qadın qəzəbli ərinin əlindən qaça bilib. O, daha iki uşağı - bir yaşlı körpə və yeddi yaşlı uşağı xilas edib.
Rusiya İstintaq Komitəsinin Omsk vilayəti üzrə istintaq idarəsi Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a”, “c” bəndləri (“İki və ya daha çox şəxsi, o cümlədən yetkinlik yaşına çatmayanları öldürmə”) ilə cinayət işi açıb. .


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər