23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Əlil qızı və üç nəvəsini zəhərləyənə hökm oxundu
Tarix: 30-05-2023 21:45 | Bölmə: Cəmiyyət


Üç nəvəsini və əlil qızını zəhərləyən Saratov vilayəti sakini 19 il müddətinə azadlıqdan məhrum edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq qərar məhkəmə tərəfindən qəbul edilib.
Aleksandrovka kəndində baş verən faciə 2021-ci ilin dekabrında məlum olub. Üç yaşlı oğlan və beş yaşlı qız ölüb. Onların yeddi yaşlı qardaşı və 23 yaşlı bibisi naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Bir günün içində öldülər.
Tezliklə əlil qızın anası saxlanılıb. O, uşaqların nənəsi idi. Saxlanılan şəxsin sözlərinə görə, o, süd əriştəsinə zəhərli maddə qatıb.
Məhkəmə hadisədə 50 yaşlı qadını təqsirli bilib. İndi o, 19 ilini ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirməli olacaq.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər