20:41 / 04-10-2023
Cəbrayıla həyat qayıdıb
20:23 / 04-10-2023
Fuad Muradov həbs edildi
02:04 / 04-10-2023
ABŞ tarixində ilk
Bütün xəbərlər
Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Tarix: 27-05-2023 19:14 | Bölmə: Cəmiyyət


Ötən il dekabrın 12-si Sumqayıt şəhəri ərazisində 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevin qəsdən öldürülməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə, ibtidai istintaqla 2003-cü il təvəllüdlü Murad Kazımovun aralarında yaranmış mübahisə zamanı tanışı Mahir Allahverdiyevə kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Murad Kazımova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər
25-09-2023, 11:38 Arvadını qətlə yetirib