Bütün xəbərlər
VII sinif şagirdi bədən tərbiyəsi dərsində ölüb
Tarix: 15-03-2023 13:56 | Bölmə: Cəmiyyət


Sankt-Peterburqun gənc sakini bədən tərbiyəsi dərsində qaçarkən ölüb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalist Təhqiqatları Agentliyinin məlumatına görə, tibb işçiləri gələn zaman 12 yaşlı qız ölüb.
Faciə martın 14-də səhər saatlarında Fyodor Abramov küçəsində yerləşən məktəbdə baş verib. VII sinif şagirdi dərs başlayandan az sonra özünü pis hiss edib və huşunu itirib, onu özünə gətirməyə çalışıblar, lakin nəticəsi olmayıb. Gələn həkimlər tələbənin ölümünü müəyyən ediblər.
Ölümün dəqiq səbəbi hələ müəyyən edilməyib. Bəzi məlumatlara görə, qızın ürəyində problemlər var idi, lakin o, dərslərdən azad olunmayıb.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər