Bütün xəbərlər
Polis ikonanıu məhv edən məktəbliləri və tələbələri tapıb
Tarix: 13-03-2023 20:36 | Bölmə: Cəmiyyət


Permdə təhlükəsizlik qüvvələri Müqəddəs Böyük Şəhid Anastasiya Məhv edənin ikonasını kəsərək yandıran, onu videoya çəkərək internetə yerləşdirən yeniyetmələrin kimliyini müəyyən edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisəni törədənlər iki orta məktəb şagirdi və üç nəfər kollecin birinci kurs tələbəsidir. Cinayət işinin başlanması məsələsi həll olunur.
Hadisə ilə bağlı polis araşdırmasının təfərrüatları hələlik açıqlanmayıb. Perm KİV-lərinin məlumatına görə, gənc vandallar radikal gənclər qrupuna cəlb oluna bilər.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər