Bütün xəbərlər
Enerqodarda güclü partlayış baş verib
Tarix: 03-02-2023 11:16 | Bölmə: Cəmiyyət


Zaporojye vilayətinin Enerxodar şəhərində baş verən güclü partlayış nəticəsində azı bir nəfər həlak olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,“Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov hadisəni terror aktı adlandırıb.
Yaşayış binasının qarşısında dayanmış avtomobilə əldəqayırma bomba qoyulub. Roqovun sözlərinə görə, partlayışın gücü o qədər böyük olub ki, qonşu evlərin pəncərələri “doqquzuncu mərtəbəyə” uçub. Hadisə şahidləri dayanacaqda baş verən yanğının bir neçə avtomobili məhv etdiyini bildirirlər.
Partlayışın qurbanı kimin olduğunu Roqov açıqlamayıb. Yer mühasirəyə alınıb, partlayıcı maddələr üzrə ekspertlər ikinci partlayışın qarşısını almaq üçün ətrafdakı binalarda partlayıcı maddələrin olub-olmadığını yoxlayırlar.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər