22:59 / 24-06-2026
Bir kişi cəsədi tapılıb
18:56 / 24-06-2026
Ot yanğını söndürülür
Bütün xəbərlər
Sərnişin qatarı keçiddə manevr edən yük maşını dağıdıb
Tarix: 29-01-2023 12:56 | Bölmə: Cəmiyyət

Vyetnamın paytaxtı Hanoyda bir gün əvvəl baş vermiş ağır yol qəzasının anını əks etdirən müşahidə kamerasından video yayımlanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ötən şənbə səhəri yük maşını sürücüsü dəmir yolu keçidini keçməyə cəhd edib. O, ilk cəhddə bunu bacarmayıb və təxminən bir dəqiqə relslərdə manevr edib.
Yarımqoşquya çırpılan sərnişin qatarının gəlməsi ilə manevr dayandırılıb.
Yerli polisin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb, yük maşınını idarə edən şəxs hadisə yerindən qaçıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda onu axtarır.



Baxış sayı: 341


Bölməyə aid digər xəbərlər