Bütün xəbərlər
Partladılan qadın sağ qalıb
Tarix: 24-01-2023 22:14 | Bölmə: Cəmiyyət

Berdyanskda avtomobili partladılan qadın sağ qalıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zaporojye vilayətinin administrasiyasının baş şurasının üzvü Vladimir Roqovun sözlərinə görə, zərərçəkmişin beyni yüngülcə silkələnib.
Heyvanları müdafiə edən yerli təşkilatın rəhbəri, sahibkar Valentina Mamainin avtomobili çərşənbə axşamı 5 saylı məktəbin yaxınlığında partladılıb. Hakimiyyət hadisəni terror aktı hesab edir.
Roqov öz Teleqram kanalında yazıb ki, Kiyev rejimi Mamayını siyasi mövqeyinə görə dəfələrlə öldürməklə hədələyib və ona qarşı cinayət işi açıb.
"Onlar terror aktı törədərək qadını öldürməyə cəhd ediblər. Allaha şükürlər olsun ki, onların planları baş tutmayacaq", - Roqov vurğulayıb.
Xatırladaq ki, daha əvvəl məlumat verilmişdi ki, çərşənbə axşamı, yanvarın 24-ü günorta saatlarında Berdyanskda avtomobil partladılıb.


Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər