Bütün xəbərlər
Deputat seçicilərini qəbul edib, onların müraciət və təkliflərini dinləyib
Tarix: 15-09-2022 17:37 | Bölmə: Cəmiyyət

   Milli Məclisin deputatı Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatındakı qərargahında növbəti dəfə seçicilərini qəbul edib, vətəndaşlarla görüşü olub.
    Şəhərimizin sakinləri ilə görüş zamanı onların müraciət və təkliflərini dinləyib, qayğıları ilə maraqlanıb.
     Seçicilər tərəfindən səsləndirilən müraciətlər əsasən, işlə təminat, əlillik vəziyyətinin qiymətləndirilməsi və digər məsələrlə bağlı olub.
     Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə deputat səlahiyyətləri çərçivəsində nəzarətə götürülərək həll edilməsi üçün aidiyyati qurumlarla əlaqə yaradılıb.
     Deputat Sumqayıt Regional Vəkil Bürosunun vəkili Fərhad İsmayılova görüşdə iştirakına görə təşəkkür edib. Və deyib ki, vətəndaşlara hüquqi yardım daima diqqətimzdədir!

Sabaha-inamla.az



















Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər