Bütün xəbərlər
Sumqayıtda idmançını öldürən ata-oğula hökm oxundu
Tarix: 09-10-2021 22:02 | Bölmə: Cəmiyyət

                  Sumqayıtda idmançını öldürən ata-oğula hökm oxundu



Sumqayıt şəhərində Rasif Həbibovu öldürməkdə təqsirləndirilən Əhəd İsmayılov və Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R.İsmayılov 10 il 6 ay, Ə.İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə 2018-ci ildə baş verib və uzun müddət məhkəmə çəkişməsi gedib.
Dava internet klubda telefonu “zaryatka”ya taxmaq üstündə olub. Ramil İsmayılov internet klubda Rasif Həbibovun telefonunu enerjidən ayırıb öz telefonunu taxmaq istəyəndə tərəflər arasında mübahisə yaranıb. R.Həbibov R.İsmayılovu şillə ilə vurub. Bundan sonra Ramil evə gedərək atası Əhədlə birgə Həbibovla münasibətləri aydınlaşdırmaq üçün geri qayıdıb. Bu zaman onların üzərində bıçaq olub. Ata və oğul Rasif Həbibov və onun dostu Samir Dadaşovu bıçaqlayıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Lakin bir neçə gün sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib.
Dava edən şəxslər qonşu olublar. Qətlə yetirilən Rasif Həbibov isə idmançı olub.


Baxış sayı: 331


Bölməyə aid digər xəbərlər