Bütün xəbərlər
QHT sədrləri şəhid ailəsini ziyarət edib
Tarix: 23-03-2021 04:15 | Bölmə: Cəmiyyət
                      QHT sədrləri şəhid ailəsini ziyarət edib

22 mart 2021 ci il tarixində  "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova və "Ümidim sənsən" Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri Fidan Abbaslı Lənkəran Şəhidi 1996-cı il təvəllüdlü Ağalı Zaur Kamil oğlunun ailəsini ziyarət etmişlər.Ailə ilə yaxından tanış olub, onların qayğıları ilə maraqlanmış ailəyə hər zaman dəstək olduqlarını bildirmişlər.

Zaur hərbi xidməti başa vurub,İkinci Vətən müharibəsində iştirak edib. Qubadlı və Füzuli istiqamətlərində döyüşüb "Qubadlının azad olunması " və "Füzulinin azad olunması" medalları ilə təltif edilib. Qəhrəmancasına vuruşub Füzuli istiqamətində 22.10.2020 - ci ildə  Şəhid olub. Zaurun ailəsində Ayxan adlı oğul balası yadigar qalıb.
Allah bütün Şəhidlərimizi rəhmət elesin, Ruhun Şad olsun Şəhidim!


Baxış sayı: 353


Bölməyə aid digər xəbərlər