Bütün xəbərlər
Qaradağda vətəndaş evini marketə çevirdi - Video
Tarix: 06-06-2020 18:51 | Bölmə: Cəmiyyət

                   Qaradağda vətəndaş evini marketə çevirdi


Bakının Qaradağ və Xətai rayonlarında qanunsuz fəaliyyət göstərən marketlər aşkar edilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Qaradağ rayonunda yaşayış binasının 1-ci mərtəbəsində yaşayan şəxs evinin bir hissəsini marketə çevirib və həftəsonu fəaliyyəti qadağan olunduğu halda işləyib.
Daha bir böyük market isə Xətai rayonunda fəaliyyət göstərərkən aşkar olunub.
Sözügedən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib edilib. 

           


Baxış sayı: 382


Bölməyə aid digər xəbərlər