Bütün xəbərlər
4 yaşından at çapan Gülay ağır xəsarət aldı – Xəstəxanaya yerləşdirildi
Tarix: 28-05-2020 23:19 | Bölmə: Cəmiyyət
             

4 yaşından at çapmağa başlayan Gülay Fərzəliyeva bir il at çapa bilməyəcək.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə 12 yaşlı qızın “İnstagram” hesabında məlumat verilib.
Məlumata görə, o, parkda yelləncəkdən yıxılaraq sağ ayağı dizdən yuxarı sınıb.
“Gülay parkda yelləncəkdə yellənərkən yıxıldı və sağ ayağı dizdən yuxarı sındı. Hal-hazırda xəstəxanadadır. Biz əsasən təhlükəni atlardan gözləyirdik, lakin əksi olaraq tam başqa yerdən gəldi. Gülay bir il sizdən ayrı qalacaq, dualarınızı əsirgəməyin” – deyə, qeyd olunub.



Baxış sayı: 554


Bölməyə aid digər xəbərlər