“Keçmişim barədə danışmaq istəmirəm” - Sevda
Tarix: 06-03-2020 16:40 | Bölmə: Mədəniyyət

                “Keçmişim barədə danışmaq istəmirəm”

“Hər bir insanın həyatında çətinlik və sıxıntılar olub, məndə də... Çox güclü qızam. Hər bir çətinliyin öhdəsindən gəlməyi bacarıram. Maneələrə baxmayaraq, ayaq üstdə dura bilirəm. Bu xarakterimi yüksək qiymətləndirirəm”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva “Show News” proqramına açıqlamasında deyib. Sənətçi həyatda üzləşdiyi problemlərdən danışaraq keçmişini unutmağa çalışdığını bildirib:

“Əldə etdiyim uğurlar başımı gicəlləndirmir. Çünki çətinlik görmüşəm, onun nə olduğunu gözəl bilirəm. Hər anıma, aldığım nəfəsə görə şükür edirəm. Bu hörmət başımı gicəlləndirmir.
Keçmişim haqqında danışmaq istəmirəm. Həyatımı insanlar məndən yaxşı bilir. Danışsam, gözlərimdən yaş axar. İnsan həyatda hər şeyə hazır olmalıdır. Düzdür, bu, çətindir”.



Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər
29-02-2020, 11:16 Xalq artisti vəfat etdi