Bütün xəbərlər
Dron hücumundan sonra neft anbarı yanğına məruz qalıb
Tarix: 22-07-2026 08:14 | Bölmə: Digər

 Şəhər administrasiyası bildirib ki, Armavirdəki Şimal Sənaye Bölgəsindəki neft anbarında dron hücumu nəticəsində yanğın baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hakimiyyət orqanlarının məlumatına görə, obyektə ən azı on altı dron hücum edib ki, bu da indiyə qədər baş verən ən böyük hücumlardan biridir.
Təcili yardım xidmətlərinin məlumatına görə, zərbə nəticəsində obyektdə təxminən 800 kvadrat metr ərazini əhatə edən yanğın baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin qırx mütəxəssisi yanğının söndürülməsində iştirak edir.Vəziyyət nəzarət altındadır.
İtki barədə məlumat verilməyib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər