Bütün xəbərlər
Xaçmazda 3 otaqlı ev yanıb, 2 nəfər xəsarət alıb
Tarix: 30-11-2017 00:47 | Bölmə: Digər


Xaçmazda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xaçmaz rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaq və 1 aynabənddən ibarət evin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.
Yanğın zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.



Baxış sayı: 694


Bölməyə aid digər xəbərlər